10:38 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
119 0 0

Qabil Hüseynli: Naqif Həmzəyev hələ yeni deputat seçilib...

BAKI, 1 dek — Sputnik. Prezidentin övdüyü tarixi şəxsiyyət haqda, yeni seçilən deputatın mənfi rəy bildirməsi doğru deyil.

Bunu Sputnik-ə açıqlamasında, Gəncədən yeni deputat seçilən Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə barədə dediklərinə münasibət bildirərkən, politoloq Qabil Hüseynli deyib.

Naqif Həmzəyev hələ yeni deputat seçilib, ona görə də işlətdiyi kəlimələri düzgün seçməlidir deyən Qabil Hüseynli, M.Rəsulzadənin həm Azərbaycan tarixində, həm də Yaxın Şərqdə böyük izlər qoyduğunu yada salıb.

"Əgər mətbuatda yazılanlar həqiqətən doğrudursa, bu çox təəssüfləndiricidir. Rəsulzadə barəsində ulu öndərimiz Heydər Əliyev də müsbət fikirdə olub. Naqif Həmzəyevin bu tarixi şəxsiyyəti qaralamağa haqqı çatmır" deyə politoloq əlavə edib.

V çağırış Milli Məclisin Gəncə seçilmiş deputatı Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ünvanına "Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub…Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı" kimi ifadələr işlədib. O, bu ifadələrinə görə sosial şəbəkələrdə Azərbaycan ictimaiyyətinin şiddətli qınağı ilə üzləşib.

Teqlər:
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə, Gəncə, Milli Məclis, Qabil Hüseynli, politoloq, Naqif Həmzəyev, Azərbaycan

Əsas mövzular