23:57 25 Fevral 2018
Canlı yayım
Арастун Оруджлу

Xəzərin hava məkanı təhlükədədir

© сontact.az
TƏHLİL
Qısa URL
39511

Ərəstun Oruclu: Aviaşirkətlərin Xəzər üzərindən uçuş xəttində dəyişiklik etməsi Azərbaycanın hava məkanının təhlükəsiz olmaması barədə fikir formalaşdırır.

BAKI, 16 okt-Sputnik. Bəzi ölkələrin aviaşirkətlərinin Rusiyanın Xəzərdən Suriyada İŞİD hədəflərini qanadlı raketlərlə vurmasından sonra uçuş marşurutunu dəyişməsi Azərbaycanın imicinə ziyan vurur.

Bunu politoloq Ərəstun Oruclu Qazaxıstanın "Air Astana" aviaşirkətinin rusların atdığı qanadlı raketlərdən ehtiyatlanaraq Xəzər üzərindəki uçuş trayektoriyasında dəyişiklik etməsinə münasibət bildirərkən deyib.

"Bu hadisə yaxşı hal deyil. Çünki hava uçuş koridorlarındakı hər hansı dəyişiklik Beynəlxalq Aviasiya Agentliyinin razılğı ilə həyata keçirilir. Bu da müstəsna hallarda olur. Təbii ki, belə bir hadisənin baş verməsi və bir sıra aviaşirkətlərin Xəzər üzərindən uçuş xəttində dəyişiklik etməsi ilk olaraq Azərbaycanın hava məkanının təhlükəsiz olmaması barədə fikir formalaşdırır" — deyə ekspert bildirib.

Politoloq əlavə edib ki, bu gün Azərbaycanın hava məkanından təkcə Xəzəryanı ölkələr, Türkmənistan, Qazaxıstan deyil, onlarla ölkənin aviaşirkətləri uçuşlar həyata keçirirlər. "Biz istəməzdik ki, Azərbaycanın da adı İraq və Suriya kimi hava məkanı təhlükəli olan ölkələr sırasında çəkilsin" — deyə Oruclu əlavə edib.

Əsas mövzular