Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda daha bir maraqlı sərgi keçiriləcək

© Sputnik / Murad OrujovВид на комплекс зданий Flame Towers в Баку
Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sərgi 29 may - 1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək

BAKI, 29 mart — Sputnik. Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas" sərgi və konfransı öz 25 illik yubileyini keçirəcək. Sərgi 29 may-1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində qeyd olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan Xəzər Neft və Qaz sərgi və konfransı 25 il ərzində uğurla keçirilməsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanıb. Hər il olduğu kimi bu il də "Caspian Oil and Gas", əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirəcək.

Ənənəvi olaraq, "Caspian Oil & Gas" sərgisinin 40%-ni sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Bu il tədbirin daimi iştirakçıları olan Rusiya və İtaliya da öz milli qrupları ilə çıxış edirlər. Bu il sərgidə Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Çindən, Fransadan, Gürcüstandan, İrandan, İtaliyadan, İspaniyadan, Malayziyadan, Özbəkistandan, Rusiyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcək. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcək.

Sputnik Azərbaycan sərginin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0