17:14 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
23 0 0

Bununla əlaqədar qanvermə aksiyası da hər il olduğu kimi məscidlərdə deyil, pandemiya səbəbindən bu dəfə Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.

BAKI, 30 avqust - Sputnik. Bu gün Azərbaycanda Aşura qeyd olunur. Məhərrəm ayı avqustun 21-də başlayıb. Məhərrəm ayının 10-u - Aşura günü isə 2020-ci il avqust ayının 30-na təsadüf edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. 

Bununla əlaqədar qanvermə aksiyası da hər il olduğu kimi məscidlərdə deyil, pandemiya səbəbindən bu dəfə Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.

Eyni zamanda Daxili İşlər Nazirliyi də insanların dini etiqad azadlığına dərin hörmətini ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşların nəzərinə çatdırıb ki, Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Əsas mövzular