20:17 19 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
194001

Bütün dünyaya sirayət edən İzmit zəlzələsi zamanı Türkiyə 52 ölkədən dəstək alıb, bunların arasında Azərbaycan da var

BAKI, 17 avqust — Sputnik. 1999-cu ilin bu günü baş verən hadisəni türklər dörd ad, amma bir acıyla xatırlayırlar. Gölcük, İzmit, Mərmərə və ya 17 avqust zəlzələsi adlandırılan təbii fəlakət qardaş ölkəyə əsl faciə yaşatdı.

Sputnik Azərbaycan bildirir ki, 21 il öncə yerli vaxtla 03:02-də Kocaeli-Gölcükdə baş verən zəlzələ 7.5 bal gücündə  idi. Rəsmi məlumatlara görə, təbii fəlakət zamanı 17 480 adam öldü, 23 781 nəfər yaralandı, 505 nəfər şikəst oldu,  285211 ev, 42902 iş yeri dağıldı.  Amma əksər mənbələr zəlzələ nəticəsində azı 50 min nəfərin dünyasını dəyişdiyi və 100000-ə qədərinin yaralandığı qənaətindədir.

Bundan əlavə, 133683 bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. Bölgədə yarım milyon insan evsiz-eşiksiz qaldı. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.

Məlumata görə, ötən əsrdə bu bölgədə 1943, 1957, 1967-ci illərdə şiddətli zəlzələlər olub. Bundan əvvəlki dönəmlərdə isə hər 30 ildən bir Adapazarı ərazisində müxtəlif gücdə təkanların olduğu müşahidə edilib.

Bütün dünyaya sirayət edən İzmit zəlzələsi zamanı Türkiyə 52 ölkədən dəstək alıb, bunların arasında Azərbaycan da var.

Əsas mövzular