06:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
2410

Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar

BAKI, 17 mart — Sputnik. Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə həm də Torpaq çərşənbəsi adlanır. Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuğun, şaxtanın olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.

Gənclər “Su çərşənbəsi”ni necə qeyd edir
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.

Bu il Azərbaycanda koronavirus təhlükəsi səbəbindən kütləvi bayram tədbirləri ləğv edilib. Buna rəğmən, köhnə ilin axır, ağır çərşənbəsini yola salıb, bütün dərd-bəlanızı özü ilə aparacağına ümidlənin.

Bayramınız mübarək!

Əlaqədar

Bakı əhlini uşaqlığına qaytardıq: bu gün qapıları bağlamaq olmaz
İçərişəhər yazı susqun qarşılayacaq
Dövlət strukturları üçün Novruz tətili ləğv edildi – Koronavirus təhlükəsi
Novruzda daha çox dincələcəyik – Günlərin yeri dəyişdi

Əsas mövzular