20:15 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Kapitoli, arxiv şəkli

Dünya nəhənginin yarandığı gün

CC0 / cytis / Capital Hill
Tarixdə Bu Gün
Qısa URL
24 0 0

İyulun 4-ü Amerika Birləşmiş Ştatlarının Müstəqillik günüdür

BAKI, 4 iyul - Sputnik. 1776-cı il iyulun 4-də Şimali Amerikadakı 13 koloniya Böyük Britaniya imperiyasından ayrılaraq müstəqilliklərini elan ediblər. 

Sputnik Azərbaycan xəbər verir ki, həmin gün Kontinental Konqres tərəfindən ABŞ İstiqlaliyyət Bəyannaməsi qəbul edilib. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin — Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan edib.  Tomas Cefferson tərəfindən hazırlanmış İstiqlaliyyət Bəyannaməsi Filadelfiyada imzalanıb.

Bəyannamə o dövr ABŞ federasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilib.

 

Əsas mövzular