22:20 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Dağlıq Qarabağda

Sırxavənd faciəsindən 25 il ötür

© Sputnik / Jafarov
Tarixdə Bu Gün
Qısa URL
49 0 0

Ermənilərin Ağdamın Sırxavənd kəndini atəşə tutmaları nəticəsində 10 nəfər dinc sakin həlak olub

BAKI, 5 mart — Sputnik. 5 mart 1992-ci ildə erməni silahlı qüvvələri Ağdamın Sırxavənd kəndini güclü atəşə tutublar. Kəndin 10 sakini həlak olub.

Qeyd edək ki, Sırxavənd Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndi idi, onun 2 minə yaxın əhalisi vardı. Burada 250-dən çox ev var idi. Əslində, 1923-cü ildən DQMV-nin yarandığı ilk gündən gözdən, könüldən kənarda qalmış bu kəndlər, xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qəsdən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir.

Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmamışdır. Sırxavənddə işğala qədər 250-yə yaxın ailə yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın əslən Sırxavəndli olan ailə möcvud idi. Sırxavənddən (Ağdərə rayonu ləğv edildiyindən kənd Ağdamın ərazisi sayılır) məcburi köçkünlər ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıb. Nisbətən sıx məskunlaşma Bərdə rayonundadır.

Əlaqədar

Avstriyadan Dağlıq Qarabağla bağlı tarixi addım
ABŞ-dan Dağlıq Qarabağda böyük müharibə anonsu
Fransa prezidentindən Dağlıq Qarabağ problemi barədə önəmli bəyanat
ATƏT sədrindən Dağlıq Qarabağ bəyanatı

Əsas mövzular