22:42 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Elvis Presli 1958-ci ildə

Rok-n-roll kralı və ya sadəcə "kral"

AFP
Tarixdə Bu Gün
Qısa URL
13 0 0

"Forbes" jurnalının yazdığına görə, Elvis dünyanın vəfat etmiş məşhur insanları arasında ən varlılarındandır

BAKI, 8 yanvar — Sputnik. 1935-ci il yanvarın 7-də amerikalı müğənni və aktyor Elvis Presli anadan olub (1935-1977).

ABŞ-da Preslinin qızıl, platin və ya multiplatin statusu qazanan 150 albomu var. Mahnıları "Billbord" hit-paradının ən çox "qızıl yüzlüyünə" düşən müğənnidir (149 mahnı). Müxtəlif illərdə üç "Qremmi" mükafatı alıb. "Forbes" jurnalının yazdığına görə, Elvis dünyanın vəfat etmiş məşhur insanları arasında ən varlılarındandır.

Onun ölümü də qəribə olub. Diş həkimindən gələn Elvis yuxuya getmək üçün sakitləşdirici dərman içir. Bunun təsirsiz olduğunu görən müğənni əlavə yuxu dərmanı da qəbul edir. Səhər açıldıqda isə o artıq gözlərini əbədi yummuşdu. Aparılan müayinələrin nəticələrinə görə, Elvisin ölümünə səbəb müxtəlif dərmanların qarışdırılaraq qəbul edilməsi olub.

Əlaqədar

Azərbaycanlı Moskvada rok-n-roll rəqs edib
Rok-festivalı ildırım vurub

Əsas mövzular