Tarixi vəsiyyətnamənin açıqlanması

© © AFPMustafa Kamal Atatürk 1930-cu ildə
Mustafa Kamal Atatürk 1930-cu ildə - Sputnik Azərbaycan
Abunə olmaq
Vəsiyyətnaməyə əsasən Atatürk pulunu, Çankayadakı mülkünü Cümhuriyyət Xalq Partiyasına bağışlayıb

BAKI, 28 noyabr — Sputnik. 1938-ci il noyabrın 28-də Mustafa Kamal Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanıb.

Vəsiyyətnaməyə əsasən Atatürk pulunu, Çankayadakı mülkünü Cümhuriyyət Xalq Partiyasına bağışlayıb. O, pulunun faizindən yaxınlarına, mənəvi övladlarına aylıq məbləğin, İsmət İnönünün övladlarına isə ali təhsil haqqı ödənişi kimi müəyyən vəsaitin verilməsi şərtini qoyub.

Atatürk faizdən gələcək vəsaitin qalan hissəsinin isə hər il Türk Dil və Tarix idarələri arasında bölünməsini vəsiyyət edib.

Xəbər lenti
0