Qafqaz millətçilərinin alınmamış ittifaqı

© Photo : National Archive Department of AzerbaijanADR
ADR - Sputnik Azərbaycan
Abunə olmaq
"Zaqafqaziya Komissarlığı"na Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Xəlil bəy Xasməmmədov daxil idilər

BAKI, 11 noyabr — Sputnik. 1917-ci il noyabrın 11-də Rusiyadakı "Oktyabr inqilabı"ndan (25 oktyabr çevrilişi) sonra bolşeviklərin Cənubi Qafqazda hakimiyyəti ələ almaq cəhdlərinə qarşı çıxan gürcü, erməni, azərbaycanlı və rus millətçi partiyaları Tiflisdə birgə fəaliyyət barədə qərar qəbul ediblər. 

Gürcü sosial-demokrat (menşevik) partiyası, "Daşnaksütyun", "Müsavat" və rus millətçiləri — "eser"lər Rusiyadakı bolşevik hakimiyyətini tanımadıqlarını və "Müstəqil Zaqafqaziya hökuməti" yaratdıqlarını bəyan ediblər. Noyabrın 15-də sözügedən partiyaların iştirakı ilə müştərək hökumət — "Zaqafqaziya Komissarlığı" təşkil edilib. 

Gürcü Yevgeni Qeqeçkorinin sədrlik etdiyi "Zaqafqaziya Komissarlığı"na Azərbaycandan Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Xəlil bəy Xasməmmədov daxil idilər.

Xəbər lenti
0