02:24 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
Tarixdə Bu Gün
Qısa URL
36 0 0

Mingəçevir Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınıb

BAKI, 11 noyabr — Sputnik. 1948-ci il noyabrın 11-də energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. 

Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verib. 

Ötən illərdə Mingəçevir 100 min nəfərdən çox əhalisi olan böyük yaşayış məntəqəsinə çevrilib. Hazırda Mingəçevir Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəridir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.

"Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Mərhum akademik Ziya Bünyadov "Mingəçevir" adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.

Ehtimallardan biri də toponimin "Min, gəl, çevril" olmasıdır. Ərazi gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi (Qayığa min gəl, amma burada yaşama, çevril get).

Əlaqədar

Mingəçevirdə möcüzə baş verib
"Mayk Tayson" Mingəçevirdədir
Mingəçevirdəki narkoman həm də pedofil imiş
Mingəçevirdə yanğın olub
Mingəçevirdə azyaşlı xilas edildi
Teqlər:
Ziya Bünyadov, Kür çayı, Cənubi Qafqaz, Mingəçevir, Azərbaycan

Əsas mövzular