11:03 28 İyun 2017
Canlı yayım
Xalq yazıçısı Əzizə Cəfərzadə

"Əzrayıl"la başlayan fəaliyyət...

Tarixdə Bu Gün
Qısa URL
1101

Azərbaycan tarixi üzrə bir sıra yaddaqalan əsərlərin müəllifi Əzizə Cəfərzadə 95 il əvvəl anadan olub.

BAKI, 29 dek — Sputnik. 1921-ci il dekabrın 29-da xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 — 4.9.2003) anadan olub.

Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılıb. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib. 

"Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai), "Eldən elə" (coğrafiyaşünas Zeynalabdin Şirvani) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.

Əsas mövzular