08:38 18 Noyabr 2017
Canlı yayım
Xalq şairi Nüsrət Kəsəmənli

Biri vardı, biri yox...

Tarixdə Bu Gün
Qısa URL
2401

Yaşasaydı istedadlı söz ustası Nüsrət Kəsəmənlinin bu gün 70 yaşı tamam olardı.

BAKI, 29 dek — Sputnik. Dövrümüzün görkəmli şairlərindən biri olan Nüsrət Kəsəmənli 1946-cı ildə Qazax rayonunda anadan olub.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub (1978-1985).

60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub (1985-ci ildən).17 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.

Əsas mövzular