11:05 28 İyun 2017
Canlı yayım
Görkəmli müğənni Zeynəb Xanlarova

Dünyanın xoşbəxti mənəm dünyada

© Sputnik / V. Kalinin
Tarixdə Bu Gün
Qısa URL
105201

Zeynəb Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir.

BAKI, 28 dek — Sputnik. Görkəmli müğənni Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın bir sıra ölkələrində konsert proqramları ilə çıxış edib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” və "Heydər Əliyev" ordenləri ilə təltif edilib. 

Əsas mövzular