03:30 20 Yanvar 2017
Canlı yayım
Əminə Dilbazi

Şairlər yurdunun rəqqasə təmsilçisi

Trend
Tarixdə Bu Gün
Qısa URL
29 0 0

97 il əvvəl görkəmli rəqqasə, xalq artisti Əminə Paşa qızı Dilbazi anadan olub.

BAKI, 26 dek — Sputnik. Görkəmli rəqqasə, xalq artisti Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.

2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.

Əsas mövzular