01:26 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Атрибуты переписчика во Всероссийской переписи населения 2010

İxtiraçısına fayda verməyib milyardların işini yüngülləşdirən kəşf

© Sputnik / Игорь Зарембо
Tarixdə Bu Gün
Qısa URL
84 0 0

Müasir diyircəkli qələmin ixtiraçısı macar Laslo Biro natamam patent sisteminin ucbatından zəhmətinin bəhrəsini görə bilməyib.

BAKI, 10 iyun — Sputnik. 1943-cü il iyunun 10-da amerikalı kommivoyajor Milton Reynolds bu gün istifadə etdiyimiz diyircəkli qələmin patentini alıb. 

Bununla böyük gəlirlər əldə edən Reyolds əslində başqa şəxsin — macar Laslo Bironun zəhmətinin bəhrəsini görüb. 

İş ondadır ki, jurnalist Laslo Biro 1938-ci ildə diyircəkli qələmi kəşf edib və onu Argentinada patentləşdirib. O zamankı patent sistemi qarışıq olduğundan Bironun patenti yalnız Argentina və Macarıstana şamil edilib. Bu vəziyyətdən isə Martin Reynolds adlı amerikalı işbaz istifadə edib. 

Diyircəkli qələm özündən əvvəlki lələkli qələmə nisbətən çox böyük tərəqqi idi. Əvvəlki halda insanlar özləri ilə mürəkkəbqabı daşımalı idilər və həmin qələm çoxsaylı ləkələr qoyurdu. Hər saniya qələmi mürəkkəbqabına batırmaq isə ayrı əziyyət idi. Elə ona görə də Reynolds elə ilk gündə Nyu-Yorkda 10 min ədəd diyircəkli qələm sata bildi. 

Qeyd edək ki, Biro patent uğrunda ABŞ məhkəməsinə müraciət edib, lakin orada Reynoldsa uduzub.

1958-ci ildə isə fransız Marsel Bik diyircəkli qələmi daha da təkmilləşdirib. Söhbət düyməyə basmaqla açılan və geriyə qayıdan ucluqlu qələmlərdən gedir.

Əsas mövzular