AVRO-2020-nin dörddəbir finalında oynayacaq bütün komandalar müəyyən olunub

© Jan Kruger - Powered by Getty Images/UEFAЭмблема ЕВРО-2020
Эмблема ЕВРО-2020 - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Futbol üzrə Avropa çempionatının ¼ final oyunları iyulun 2-də Sankt-Peterburq və Münhendə, iyulun 3-də isə Bakı və Romada keçiriləcək.

BAKI, 30 iyun — Sputnik. Avropanın 11 şəhərində keçiilən qitə birinciliyinin ¼ final mərhələsinin bütün iştirakçı komandaları müəyyən olunub.

Çərşənbə axşamı turnirin 1/8 final mərhələsi başa çatıb. Dörddəbir final mərhələsi iyulun 2-də Sankt-Peterburqda İsveçrə və İspaniya komandaları arasında qarşılaşma ilə başlanacaq.

Digər dörddəbir final oyunlarının cədvəli:

2 iyul

Belçika – İtaliya (Münhen);

3 iyul

Çexiya – Danimarka (Bakı);

Ukrayna – İngiltərə (Roma).

Xəbər lenti
0