BAKI, 22 iyun — Sputnik. Futbol üzrə Rusiya milli komandası AVRO-2020 qrup mərhələsinin üçüncü turunda Danimarka millisinə böyük hesabla məğlub olub.
"B" qrupunun Kopenhagendə keçən üçüncü turunun oyunu 4:1 hesabı ilə danimarkalıların xeyrinə başa çatıb.
Beləliklə Rusiya millisi Avropa birinciliyində çıxışını başa vurub.
Qalib komandanın tərkibində qolları Mikkel Damsqor (38-ci dəqiqə), Yussuf Poulsen (59), Andreas Kristensen (79), Yoakim Mele (82) vurublar.
Rusiya komandasının yeganə qolunu Artyom Dzüba vurub (70-ci dəqiqədə penaltidən).