Danimarka millisi AVRO-2020-nin seçmə oyununda Cəbəlüttariqi darmadağın elədi

© Powered by UEFA.com ©AFP/Getty ImagesФутболисты сборной Дании
Футболисты сборной Дании - Sputnik Azərbaycan
Abunə olmaq
Seçmə mərhələdə oynayan D qrupunun üç milli komandası AVRO-2020-nin finalına vəsiqə qazanmağa iddialıdır

 

Danimarkanın futbol üzrə milli komandası 2020-ci il Avropa çempionatının seçmə turunda evdə keçirdiyi oyunda Cəbəlüttariq yığmasına qalib gəlib.

Kopenhagendə keçirilən D qrupunun yeddinci turunun oyunu ev sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitir. Robert Skov (12-ci və 64-cü dəqiqələr) və Kristian Eriksen (85, 90+4 dəqiqlər) hərəyə iki qol vurublar. Digər qolların müəllifləri isə Kristian Gütkyaer (47) və Martin Breytueyt (51) olub.

D qrupunun paralel oyununda İsveçrə millisi öz meydanında Gürcüstan komandasına 1:0 hesabı ilə qalib gəlib.

Son turdan əvvəl turnir cədvəlində vəziyyət belədir: Danimarka (15 xal), İsveçrə (14), İrlandiya (12), Gürcüstan (8 oyun, 8 xal), Cəbəlüttariq (0 xal).

Xəbər lenti
0