Vasili Konov: Türkiyə millisi ağır vəziyyətdədir, amma hələ ümid var

© Sputnik / Murad OrujovИзвестный журналист и спортивный комментатор, исполнительный директор МИА Россия сегодня Василий Конов
Известный журналист и спортивный комментатор, исполнительный директор МИА Россия сегодня Василий Конов - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Məşhur rusiyalı jurnalist Vasili Konov AVRO-2020-də futbol üzrə Rusiya və Türkiyə yğma komandalarının çıxışı barədə fikirlərini bölüşüb.

BAKI, 20 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi AVRO-2020-də çətin vəziyyətə düşüb, lakin ümid hələ də var. Bunu Sputnik Azərbaycan-a müsahibəsində məşhur idman jurnalisti Vasili Konov Türkiyə millisinin AVRO-2020 pley-off mərhələsinə çıxmaq imkanlarından danışarkən deyib.

Bazar günü, iyunun 20-də Türkiyə millisi Bakıda "A" qrupunun digər komandası İsveçrə yığmasına qarşı oynayacaq. Əvvəlki iki oyunda Şenol Günəşin yetirmələri İtaliya (0:3) və Uels (0:2) yığma komandalarına məğlub olublar. Yalnız hesabında 1 xal olan isveçrəlilər üzərində böyük hesabla qələbə qazandıqları təqdirdə türklər qrup mərhələsini adlamaq şansı əldə edirlər.

Jurnalist Vasili Konov hesab edir ki, qitə birinciliyində uğursuz başlanğıca baxmayaraq, Türkiyə millisinin hələ də pley-off mərhələsinə çıxmaq şansı var.

"Türkiyə millisinin vəziyyəti, əlbəttə ki, ağırdır. Həm də onlar isveçrə millisini böyük hesabla məğlub etməlidirlər. Bundan əlavə, hardasa yeddi oyunun nəticəsi onlara sərf edən kimi olmalıdır. Amma, futbolda bəzən ən ağlagəlməz hallar baş verir. Kim düşünə bilərdi ki, İngiltərə və Şotlandiya yığmaları son 150 illik tarix boyunca ilk dəfə qolsuz heç-heçə oynayacaqlar? İstənilən halda, maraqlı futbol olacaq. Yaxşı ki, hər iki komandada bunu bacaran oyunçular var. Türkiyə millisinin turnirdə mümkün qədər çox qalmasını istərdim", - deyə Konov bildirib.

O ki qaldı start oyununda Belçika komandasına (0:3) məğlub olaraq sonradan asanlıqla Finlandiya komandasını (1:0) məğlub edən Rusiya yığmasının hələ ki o qədər də inamlı görünməyən oyununa, burada yalnız komandaların obyektiv oyun səviyyəsindən danışmaq olar.

"Rusiya komandası elə bir qrupa düşüb ki, burada həmçinin dünya reytinqinin lideri, ilk onluqda olan Danimarka, habelə təhlükəli rəqib olan Finlandiya yığması da var. Əgər rəqib komandaların səviyyəsi ilə müqayisə etsək, nəticə Rusiya millisinin xeyrinə olmayacaq. Hətta baxmayaraq ki, Rusiya oyunçuları oyun ərzində çox çalışırlar, oyun ərzində qaçaraq qət etdikləri məsafələr daha böyükdür. Amma oyunçuların fərdi ustalığına görə rəqiblər daha güclüdür. Odur ki, ev sahibliyi etdiyimiz dünya çempionatında olan nəticələrə ümid etməyə dəymir", - deyə Konov vurğulayıb.

Jurnalist həmçinin Rusiya komandasının Avropa çempionatındakı oyununun onda hansı teatr tamaşası ilə bağlı təəssürat yaratdığını da dilə gətirib.

"Bu, daha çox "Jizel" baletinin ikinci pərdəsini xatırladır. Mən demirəm ki, bu hansısa qəbiristanlıq rəqsləridir, amma, təəssüf ki, ilk təəssüat bu cürdür və o ən dəqiqidir. O ki qaldı kimin çempion olacağına, bu birmənalı olaraq "Şelkunçik" (Fındıqqıran) baletinin baş qəhrəmanı olmalıdır. Yəni, kim ki qırmzı geyimdədir, o da qalib gələcək", - deyə Konov bildirib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti
0