Beynəlxalq yarışlarda Avropanın ən sərrast futbolçusu: Kriştianu Ronaldu zirvədə

© Sputnik / Mihail Kireev / Mediabanka keçidAVRO-2020-nin seçmə oyunu. Litva-Portuqaliya
AVRO-2020-nin seçmə oyunu. Litva-Portuqaliya - Sputnik Azərbaycan
Abunə olmaq
Lüksemburqa qarşı oyundan sonra olan göstəriciyə görə, portuqaliyalı futbolçunu ikinci yerdə qərarlaşmış Ferens Puşkaşdan artıq 15 qol ayırır

Kriştianu Ronaldu Avropa qitəsinin daimi bombardiri kimi öz mövqeyini daha da möhkəmləndirdi. 2019-cu ilin 17 noyabr tarixində AVRO 2020-nin təsnifat mərhələsin çərçivəsində Lüksemburqa qarşı oyundan sonra olan göstəriciyə görə, portuqaliyalı futbolçunu ikinci yerdə qərarlaşmış Ferens Puşkaşdan artıq 15 qol ayırır. Dünya üzrə isə Ronaldunu qabaqlayan yalnız iranlı Əli Dayeidir (109).

Avropanın beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçuları:

Kriştianu Ronaldu (Portuqaliya) – 164 oyuna 99 qol
Ferens Puşkaş (Macarıstan və İspaniya) – 89 oyuna 84 qol
Şandor Koçiş (Macarıstan) – 68 oyuna 75 qol
Miroslav Kloze (Almaniya) – 137 oyuna 71 qol
Herd Müller (Qərbi Almaniya) – 62 oyuna 68 qol
Robbi Kin (İrlandiya) – 146 oyuna 68 qol
Zlatan İbrahimoviç (İsveç) – 116 oyuna 62 qol
Robert Levandovski (Polşa) – 111 oyuna 60 qol
İmre Şlosser (Macarıstan) – 68 oyuna 59 qol
David Vilya (İspaniya) – 98 oyuna 59 qol
Edin Ceko (Bosniya və Herseqovina ) – 106 oyuna 58 qol
Yan Koller (Çexiya Respublikası) – 91 oyuna 55 qol
Yoahim Ştrayx (Şərqi Almaniya) – 102 oyuna 55 qol
Ueyn Runi (İngiltərə) – 120 oyuna 53 qol
Pol Nilsen (Danimarka) – 38 oyuna 52 qol
Romelu Lukaku (Belçika) – 84 oyuna 52 qol
Yon Dal Tomasson (Danimarka) – 112 oyuna 52 qol
Tyerri Anri (Fransa) – 123 oyuna 51 qol
Hakan Şükür (Türkiyə) – 112 oyuna 51 qol
Layoş Tixi (Macarıstan) – 72 oyuna 51 qol
Robin van Persi (Hollandiya) – 102 oyuna 50 qol

Ronaldu beynəlxalq səviyyədə qolları necə vurmuşdu:

• Öz ölkəsində və ya vətəndən kənarda?
Ronaldu 47 qolunu öz vətənində vurub (UEFA AVRO-2004 və 2019, həmçinin Portuqaliyada UEFA Millətlər Liqasının oyunları da daxil olmaqla). O, 37 qolunu vətəndən kənarda və 15 qolunu isə neytral ərazidə vurub.

• Qalibiyyət, məğlubiyyət və ya heç-heçə?
Ronaldo 65 oyunda qol vurub və Portuqaliya bu oyunların 54-də qalib gəlib. Bu matçların beşi heç-heçə, altısı isə məğlubiyyət ilə başa çatıb.

• Bir iki; bir, iki, üç, dörd
Ronaldo doqquz het-trik edib. O, 14 dəfə dubl edib, qalan 42 qol isə 42 oyunda vurulub.

• Sevimli rəqiblər
Ronaldonun 2019-cu ilin noyabrında Litvaya qarşı het-triki onlara qarşı qollarını yeddiyə çatdırdı. Bu rəqəm digər başqa ölkələrlə müqayisədə çoxdur. Beş topu Andorra, Ermənistan, Latviya, Lüksemburq və İsveçə, dörd qolu isə Estoniya, Farer adaları, Macarıstan və Hollandiyaya vurub. O, Fransa, Almaniya, İtaliya və İngiltərəyə qol vurmayıb.

• Rekordlar
UEFA Avropa Çempionatında, o cümlədən təsnifat oyunlarında ən çox qol vuran oyunçu: 40
UEFA Avropa Çempionatının final turnirində ən çox qol vuran oyunçu: 9 (Mişel Platini ilə eyni sayda)
UEFA Avropa Çempionatının final turnirlərində qollarının sayı: 4
Avropa çempionatının təsnifat mərhələsində qollarının sayı: 78
FIFA Dünya Çempionatının təsnifat mərhələsində qollarının sayı: 30
UEFA Millərlər Liqasında vurduğu ilk qol: İsveçrə (yarımfinal, 05/06/2019, Portu) – və ilk het-trik

Son yenilənmə 17 noyabr 2019-cu il

Xəbər lenti
0