Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir

© Sputnik / Murad OrujovФинансовая отчетность
Финансовая отчетность - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Qeyri-neft məhsullarının ixracının artırılması və investisiyaların təşviqinin sürətləndirilməsi siyasəti ortamüddətli dövrdə də davam etdiriləcək.
BAKI, 9 sentyabr — Sputnik. Cari ildən başlayaraq ölkədə iqtisadi artımın bərpasına baxmayaraq mövcud makro-fiskal mühit növbəti illərdə ölkə iqtisadiyyatının yeni çağırışlara uyğunlaşdırılması istiqamətində təsirli tədbirlərin davam etdirilməsini zəruri edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənəddə qeyd olunub.
Qeyri-neft məhsullarının ixracının artırılması davam etdiriləcək
Dayanıqlı iqtisadi artım templərinin bərpa edilməsi istiqamətində daxili tələbin genişləndirilməsi vasitəsilə iqtisadi artımın sürətinin və məşğulluğun qorunması, yeni iş yerlərinin açılması məqsədilə tikinti, dağ-mədən sənayesi, rəqəmsal iqtisadiyyat, ticarət və logistika, kənd təsərrüfatı və emal sənayesi, daxili turizm kimi fəaliyyət sahələri ortamüddətli dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioritetləri olacaq və bu sahələrin inkişafının dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunması təşviq ediləcək.
Ölkədə tətbiq edilən iqtisadi siyasətin əsas hədəfi dünyada baş verən hadisələrə və qlobal iqtisadi çağırışlara çevik reaksiya verməklə iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu baxımdan əsas etibarilə qeyri-neft məhsullarının ixracının artırılması və investisiyaların təşviqinin sürətləndirilməsi siyasəti ortamüddətli dövrdə də davam etdiriləcək.
2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir
Bütün bunların fonunda xarici ticarətdə ixracın strukturunun diversifikasiyasına nail olmaq, qeyri-neft məhsullarının ixracını dəstəkləyərək və təşviq edərək ixracın əsas tərkib hissəsinə çevirmək hədəflənir. 2022-ci il və ortamüddətli dövrdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində rəqabətqabiliyyətli ixracın artırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və əlavə dəyərli məhsulların yaradılması ilə 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir.
Həmçinin, növbəti illərdə kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının daha da yüksəldilməsi məqsədilə bu yerlərin kompleks inkişafı üzrə pilot layihələrin hazırlanması və icrası, kənd yerlərində əlavə gəlir əldə etmək imkanı yaradan turizmin, ekoturizmin, xidmət sahələrinin inkişafı sahəsində zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
Kənd təsərrüfatına kreditlərin artırılması hədəflənir
Bu sahənin maliyyələşdirilməsində səmərəliliyi və hesabatlılığı təmin etmək məqsədilə "Kənd təsərrüfatı" sektorunun ortamüddətli dövr üzrə strateji planı və fəaliyyət planında aqrar sektorun inkişafına xidmət edən hədəflər və monitorinq göstəriciləri müəyyən edilib. Qeyd olunanlarla bərabər, ortamüddətli dövrdə daxili maliyyə bazarının inkişafının prioritet istiqamətləri üzrə də işlər davam etdiriləcək.
Belə ki, iqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun artırılması istiqamətində iqtisadi artımın effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılması da əsas hədəflərdəndir.
Bu əsasda, real sektorun, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq məqsədilə dövlət və özəl sektorun birgə təşəbbüsləri əsasında kredit risklərinin azaldılması və faizlərin əlçatanlığını təmin etməklə kənd təsərrüfatına kreditlərin artırılması hədəflənir. 
Xəbər lenti
0