Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sığorta agenti lisenziyası olanlara sığorta şirkətində vəzifə tutmaq qadağan edilib

© Sputnik Grigoriy SyisoevПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Azərbaycanın sığorta bazarında yenilik var. Ekspert sığorta agenti lisenziyası olanlara sığortaçıda vəzifə tutmağın qadağan edilməsini şərh edib.
BAKI, 9 sentyabr — Sputnik. "Sığorta fəaliyyəti haqqında" qanunun 94.3-cü maddəsinə edilən dəyişikliyə əsasən fiziki şəxs olan sığorta brokeri və sığorta agenti eyni zamanda sığortaçıda vəzifə tuta bilməz. 2021-ci il iyul ayının 1-dən sığorta agenti lisenziyası olan şəxslərə sığortaçıda vəzifə tutmaq qadağan edilib.
Yəni şəxsin sığorta agenti lisenziyası varsa, sığortalamaq ilə məşğul olmalı, sığorta şirkəti ilə müqavilə bağlayıb, onların məhsullarını satmalıdır. Lakin əvvəllər lisenziyası olan sığorta agentləri eyni zamanda sığorta şirkətlərində vəzifə tuta bilirdi.
Bunu sığorta eksperti İlkin İbrahimov Sputnik Azərbaycan-a sığorta bazarında olan yenilikdən danışarkən deyib.
O bildirib ki, həmin şəxslərin qarşısına tələb qoyulub ki, ya işi tərk etməli, ya da sığorta agenti lisenziyasından imtina etməlidirlər. Əgər sığorta agenti lisenziyasından imtina edirsə, sığorta şirkətində işləyə bilər. Bu dəyişiklik bəzi sığorta agentlərinin narazılığına səbəb olub. Belə ki, lisenziyalı sığorta agentləri deyirlər ki, sığortaçıda vəzifə tutandan sonra əgər oradan çıxırıqsa, bizim lisenziyamız bərpa edilsin. Bu da say çoxluğu yaradır.
Ekspert sığorta agenti lisenziyası olan şəxslərə sığorta şirkətində vəzifə tutmağın qadağan edilməsini müsbət qiymətləndirib:
"Bu dəyişiklik sığorta bazarının inkişafına xidmət edəcək. Əvvəllər lisenziyası olan sığorta agentləri iki yerdə işləyirdilər. Lakin bununla bağlı qanunda dəqiqləşmə aparıldı. Təklif edirəm ki, Mərkəzi Bank müstəqil ekspertlərin reyestrinə də baxsın. Bu istiqamətdə də sərt addımlar atması arzuolunan olardı".
Qeyd edək ki, "Sığorta fəaliyyəti haqqında" qanuna görə, Azərbaycanda sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Həmin qanuna əsasən, fiziki şəxs olan sığorta brokeri və sığorta agenti eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.
Xəbər lenti
0