Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR İsveçrədə "yaşıl hidrogen" istehsal edən zavod tikəcək

© Photo : SOCARГоловной офис SOCAR в Баку, фото из архива
Головной офис SOCAR в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
Müəssisənin 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır, tam genişləndirildikdən sonra o, ildə 1000-1200 ton "yaşıl hidrogen" istehsal ediləcək.
BAKI, 5 avqust — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki "SOCAR Energy Switzerland" bölməsi "Alpiq" və "EW Höfe" şirkətləri ilə birlikdə İsveçrədə 10 meqavatt gücünə malik "yaşıl hidrogen" istehsalı üzrə zavodunun inşasını planlaşdırır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat "EW Höfe" şirkətinin saytında yer alır.  Zavodun 2022-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Tam genişləndirildikdən sonra zavodda ildə 1000-1200 ton arasında "yaşıl hidrogen" istehsal ediləcək ki, bu da istilik təchizatının tədarükünün atmosferi çirkləndirmədən həyata keçirilməsini təmin edəcək.
Min üç yüzə qədər ev təsərrüfatı istilik əldə edəcək
"Alpiq", "EW Höfe" və "SOCAR Energy Switzerland" birlikdə yeni bir dövr qururlar. Bu üç şirkət İsveçrənin ən böyük ekoloji cəhətdən təmiz hidrogen istehsalı zavodunu Fraqyenbax (İsveçrə) şəhərindəki keçmiş "EW Höfe" yarımstansiyasında qurmağı planlaşdırır. 10 meqavatta qədər gücə malik olacaq müəssisə son mərhələdə daha çox, yəni ildə təxminən 1000-1200 ton arasında "yaşıl hidrogen" istehsal edə biləcək. Beləliklə, SOCAR, "EW Höfe" və "Alpiq" bu ölkədə "yaşıl hidrogen" istehsalını yeni səviyyəyə qaldırır ", - deyə məlumatda bildirilir.
İstehsal olunacaq "yaşıl hidrogen"in boru kəməri ilə zavoddan texniki xidmət stansiyasına Fuksberq avtomagistralına daşınması planlaşdırılır, burada SOCAR hər iki istiqamətdə hidrogen yanacaqdoldurma stansiyaları quraşdıracaq.
İstehsal olunan "yaşıl hidrogen"in boru kəməri ilə zavoddan SOCAR-ın hər iki istiqamətdə hidrogen yanacaqdoldurma məntəqələri quraşdıracağı Fuksberq magistralındakı texniki xidmət stansiyasına nəql edilməsi planlaşdırılır.
Bundan əlavə, ikinci mərhələdə layihə iştirakçıları hidrogen istehsalı zamanı yaranan işlənmiş istiliyi "Energie Ausserschwyz"in yeni regional mərkəzləşdirilmiş istilik təchizatı şəbəkəsinə çatdırmağı da planlaşdırırlar. "EW Höfe" şirkətinin açıqlamasında bildirilir ki, bu, Höfe və Marş rayonlarında 1300-ə qədər ev təsərrüfatını istiliklə təmin edəcək.
Hidrogen necə istehsal olunur
Hidrogen əsasən qaz, kömür və ya sudan istehsal olunur. Ən qədim və sərfəli üsul hidrogenin kömürdən alınması hesab olunur. Lakin bu proses zamanı çoxlu miqdarda istixana qazı əmələ gəlir ki, bu da atmosferin dekarbonlaşdırılması siyasətinə ziddir.
Hazırda hidrogen əsasən qazdan istehsal olunur – ümumi həcmin təxminən 90-95%-i - və bu, ən rentabelli üsul hesab olunur. İstehsal dəyəri hidrogenin hər kiloqramı üçün təxminən 2.50 dollardır.
Ekoloji cəhətdən ən təmiz "yaşıl hidrogen"ə gəldikdə isə, o, elektroliz yolu ilə - elektrik cərəyanı vasitəsi ilə suyu komponentlərə parçalamaqla - istehsal olunur.
Bu üsul bir az bahadır: kiloqram üçün təxminən 6-7 dollar, ancaq bu usül gələcəyin hidrogen energetikası kimi nəzərdən keçirilir.
Xəbər lenti
0