Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşdı - SƏBƏB

© Photo : Facebook / SOCAR PETROLEUM QSCАвтозаправочная станция SOCAR, фото из архива
Автозаправочная станция SOCAR, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir. Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir.

BAKI, 31 iyul — Sputnik. “Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.

Bunu “Report”a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: “Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.

Həmçinin oxuyun:

Azərbaycan gələcəkdə Aİ-95 markalı benzinin qiymətini özü müəyyən edə bilər - SOCAR

Tarif Şurasından Yeni il sürprizi - Benzinin qiyməti qaldırıldı

 

Xəbər lenti
0