Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Böyük İpək Yolunun şöhrəti qayıdır: Fərqanədən böyük gözləntilər

© AFP 2023 / FRANCK FIFEРалли "Шелковый путь"-2017
Ралли Шелковый путь-2017 - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin da iştirak edəcəyi Türk Şurası turizm nazirlərinin VI iclası Azərbaycan üçün nə vəd edir?

İyunun 23-24-də Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclası keçiriləcək. İclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri Aktoti Raimkulova, Qırğızıstan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirdə pandemiyadan sonra bu ölkələrdə turizm sahəsinin bərpa olunması, "Ziyarət turizmi" layihəsinin fəaliyyətə başlaması, üzv ölkələrin böyük şəhərləri arasında beynəlxalq aviasiya reyslərinin bərpası və bu istiqamətdə digər məsələlər müzakirə ediləcək. İclas çərçivəsində xarici qonaqlar Fərqanə vilayətinin turizm sahələri, "Ziyarət turizmi"nin imkanları, ekoturizm, vilayətin qastronomik potensialı ilə də tanış olacaqlar.

Sputnik Azərbaycan ölkəmizin tədbirə hansı layihələrlə qatılacağını, Türk Şurasının turizm nazirlərinin toplandığı bu iclasda Azərbaycan üçün prioritetlərin nələrdən ibarət olduğunu araşdırıb.

Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kənan Quluzadə Sputnik Azərbaycan-a bu tədbirin əhəmiyyəti, Azərbaycanda turizmin inkişafına təsirindən danışıb.

O bildirib ki, sözügedən tədbirlər türkdilli dövlətlərdə turizm sahəsinin bərpası istiqamətində birgə işlərin görülməsi və gələcək addımların müzakirəsi baxımından əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının aktiv üzvlərindən biri kimi turizm işçi qrupu və turizm nazirlərinin görüşlərində mütəmadi iştirak edir və regional və beynəlxalq turizmin inkişafı istiqamətində görülməli işlərə və əməkdaşlığa dair təkliflər verir:

"Məlum olduğu kimi, İpək yolu üzərində turizmin inkişafı və bu sahədə birgə turizm məhsullarının yaradılması işçi qrupunun əsas fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizin tarixi İpək yolu ilə sıx bağlılığı və sözügedən layihədə oynadığı vacib rol onu işçi qrupunun əsas iştirakçılarından birinə çevirir. Budəfəki iclasda, üzv dövlətlərin "Müasir İpək Yolu Birgə Tur Paketi", "İpək yolu turizm kapitalları təşəbbüsü", eləcə də üzv dövlətlərin müqəddəs yerlərinə səfəri nəzərdə tutan "Müqəddəs ziyarət" layihələrinin müzakirəsi nəzərdə tutulmuşdur".

K.Quluzadə onu da qeyd edib ki, "İpək yolu turizm kapitalları təşəbbüsü" konsepsiya sənədi təşkilata üzv dövlətlər arasında turizm sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsini, türk mədəni irsinin dünyaya birgə tanıdılmasını, turizm bazarının müxtəlif seqmentlərində hədəf alınan turizm məhsullarının və xidmətlərinin şaxələndirilməsini, rəqabət qabiliyyətlərinin daha da artırılmasını, əlverişli daxili və beynəlxalq turizm mühiti yaradılmasını hədəfləyir.

Onun sözlərinə görə, tədbir İpək Yolunun tarixi və mədəni əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılmasına, turizm sahəsində təcrübə mübadiləsi yolu ilə turist gəlişinin artırılmasına, ölkələr arasında tarixi-mədəni əlaqələrin inkişafına, üzv və müşahidəçi dövlətlər arasında regional və beynəlxalq səviyyələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə kömək edir.

Qeyd edək ki, Azərbaycan Türk Şurası turizm nazirlərinin iclasında hər il iştirak edir. "Müasir İpək Yolu" marşrutu layihəsinin türkdilli ölkələrin ümumi irsinin və turizm ehtiyatlarının dünya miqyasında tanıdılmasında, eləcə də turist axınlarının sayına töhfə verəcəyi bildirilir.

Xəbər lenti
0