05:57 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
1238 0 0

Energetika naziri Pərviz Şahbazov İsrail Respublikasının Azərbaycan Respublikasındakı səfiri Corc Dik ilə görüşüb.

BAKI, 16 iyun — Sputnik. Energetika naziri Pərviz Şahbazov İsrail Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Bildirilib ki, İsrail Azərbaycan üçün vacib tərəfdaş olduğu qədər, Azərbaycan da İsrailin enerji təhlükəsizliyi üçün bir o qədər əhəmiyyət kəsb edən ölkədir və İsrailin neft idxalının əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür. Azərbaycanda energetika sahəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib, bərpaolunan enerji, enerji səmərəliliyi sahəsində qabaqcıl təcrübəyə və texnologiyalara malik İsrail şirkətləri ilə əməkdaşlıq üçün potensialın olduğu qeyd edilib. Gələcəkdə ölkəmizdə təşkil ediləcək bərpa olunan enerji hərraclarında İsrail şirkətlərinin də iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə müvafiq sahələr üzrə məlumat və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Ağdamın mina xəritəsi

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Eləcə də oxuyun:

  • Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib - Yeni qərar

  • Azərbaycanda İlizarov aparatına abidə ucaldılıb

  • İsrail işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak etmək istəyir

Teqlər:
Energetika Nazirliyi, səfir, bərpaolunan enerji, bərpa, işğaldan azad edilmiş ərazilər, Azərbaycan, İsrail

Əsas mövzular