Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Samur" postunda 1500-dən çox yük maşını Rusiyaya keçmək üçün gözləyir

© AP Photo / Petr David JosekГрузовики, фото из архива
Грузовики, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Bildirilib ki, Rusiya tərəfi ilə əldə olunan ilkin razılaşmaya görə, gün ərzində qonşu ölkəyə keçən maşınların sayı 2 gündür artırılıb.

BAKI, 4 iyun — Sputnik. Sərhəddə yerləşən "Samur" gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, gömrük keçid məntəqəsində 1500-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.

"Samur" gömrük postundan verilən məlumata görə, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır. Bildirilib ki, Rusiya tərəfi ilə əldə olunan ilkin razılaşmaya görə, gün ərzində qonşu ölkəyə keçən maşınların sayı 2 gündür artırılıb.

"Belə davam edərsə, 10 gün ərzində sıxlıq aradan qaldırılacaq", - deyə gömrük postundan əlavə ediblər.

Qeyd edək ki, ötən həftə Göyçayda fermerlər məhsullarını satışa çıxara bilmədikləri üçün çətinliklə üzləşiblər və buna etiraz əlaməti olaraq Göyçayın Ləkçıplaq kənd inzibati ərazisində toplaşıblar. Ləkçıplaq kəndində tonlarla pomidor məhsulları alıcısız qalıb. Kəndlilər bunun səbəbini məhsullarını Rusiya bazarına çıxara bilməmələri ilə izah ediblər. Fermer Elman Mirzəliyev deyib ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil: "Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib".

Göyçayda vəziyyət, 25 may 2021-ci il - Sputnik Azərbaycan, 1920, 25.05.2021
CƏMİYYƏT
Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

Alıcı Əflatun Abdurrahmanov isə deyib ki, əslində Rusiya tərəfi məhsullarımızı qəbul edir, amma problemin kökü Azərbaycan-Rusiya sərhədində yaranan tıxacdır: "Əgər ötən illərdə məhsullar Rusiya tərəfə vaqonlarda daşınırdısa, bu ildən yük avtomobilləri ilə daşınır. Avtomobillərlə sərhədi keçmək isə 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür. Bu səbəbdən də alıcılar təkrar məhsul alışı üçün geri qayıtmırlar". O əlavə edib ki, digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır: "Ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir".

Deputat Elman Nəsirov da bildirmişdi ki, Cəlilabadda kartof əkən fermerlər öz məhsullarının Rusiya bazarlarına çıxarılması ilə bağlı böyük çətinliklə üzləşiblər: "Fermerlər mənə deyirlər ki, "Samur" gömrük postunda yüzlərlə tırlar dayanıb, məhsullar məhv olub gedir. Bu il məhsul boldur, amma problemlər var".

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, fermer məhsulunu yetişdirməkdə və satmaqda sərbəstdir: "Yəni bu gün kimsə deyir ki, "mənim məhsulum satılmır, dövlət bunu məndən alsın". Belə bir mexanizm heç bir yerdə yoxdur. Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı portalı (http://tedaruk.az/) var. Kim məhsulunu satmaq istəyirsə, bu saytda qeydiyyatdan keçir. Kimin məhsulu varsa, bu saytda qeydiyyatdan keçir, onunla əlaqə saxlayırlar. Burada 3-5 kiloqramdan söhbəti getmir, saytda məsələn, xəstəxanaların, uşaq bağçalarının tələbatı ilə bağlı elanlar yerləşdirilir. Digər tərəfdən, yavaş-yavaş Rusiyanın müvafiq qurumu tərəfindən bizim müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verilir".

Урожай томатов, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.05.2021
İQTİSADİYYAT
Artıq 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

"İndi kimsə fermerə deyəndə ki, bəs, niyə pomidorun kilosunu 3-5 manata satırsan, fermer deyir ki, öz məhsulumdur, istədiyim qiymətə sata bilərəm. Məhsulu satılmayanda isə fermer deyir ki, məhsulumu dövlət alsın. Fermer hansı məhsulu əkməsində, hansı qiymətə satmasında sərbəstdir. Bazar tələb-təklif əsasında formalaşır", - deyə o bildirib.

Onu da bildirək ki, Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq "Rosselxoznadzor" tərəfindən 25 may 2021-ci il tarixindən daha 5 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Грузовики на трассе, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
İQTİSADİYYAT
Gömrük Komitəsi "Samur" gömrük postundakı sıxlığın səbəbini açıqladı

Beləliklə, mayın 25-dək ümumilikdə Rusiyanın müvafiq qurumu tərəfindən 131 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 299718 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 166,55%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, son günlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətində hərəkət edən yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Buna səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır. Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik bu rəqəmi artırmağa imkan vermir.

Azərbaycan tərəfdə yerləşən "Samur" gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir: "Sıxlıqların yaranmasına səbəb isə Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir. Hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır, qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq".

Həmçinin oxuyun:

* Gömrük Komitəsi "Samur" gömrük postundakı sıxlığın səbəbini açıqladı

* Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

* Artıq 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Xəbər lenti
0