Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Lukoil” “Dostluq” yatağının operatoru olmaq niyyətindədir

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВагит Алекперов
Вагит Алекперов - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
“Lukoil”un Prezidenti Vahid Ələkbəriv: "Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə “Lukoil”u bu prosesə cəlb etdiyi üçün çox minnətdarıq"

BAKI, 3 iyun - Sputnik. Rusiyanın “Lukoil” neft-qaz şirkəti Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” yatağının kəşfiyyatı və işlənməsi layihəsinə qoşulmaq üçün danışıqlar aparır və yatağın operatoru olmaq niyyətindədir.

Sputnik Azərbaycab xəbər verir ki, bu barədə şirkətin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov Sankt-Peterburq İqtisadiyyat Forumu zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bununla bağlı danışıqlar gedir: “Biz bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə “Lukoil”u bu prosesə cəlb etdiyi üçün çox minnətdarıq. Növbəti hökumətlərarası razılaşma və PSA razılaşması hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik”.

O, şirkətin bu layihədə hələ neçə faiz paya malik olacaqlarını da bilmir.

"Dostluq" yatağı

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Hər iki respublika müstəqillik əldə etdikdən sonra bu neft-qaz yatağı mübahisə peridmeti olub. 

2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb.

Memorandumun təsdiqi

2021-ci il fevralın 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Həmçinin oxuyun:

* Aİ-dən Azərbaycan istiqamətində yeni qaz xətti: Bakı “Qazprom”a rəqib olur?

Xəbər lenti
0