19:51 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
1789

Trotskonun sözlərinə görə, Dağıstan gömrüyünün gün ərzində bir neçə dəmiryol qatarını buraxmaq üçün gücü, imkanı və vasitələri var. Hətta gündə bir qatar Yaraq Qazmalardakı gərginliyi azalda bilər.

BAKI, 28 may – Sputnik. Həm Rusiyanın sərhəd xidməti, həm də Dağıstan gömrüyü sərhədkeçmə qabiliyyətini artırmaq üçün əllərindən gələni edirlər.

Bunu Sputnik Azərbaycan-a Dağıstan gömrüyünün rəhbəri, gömrük xidmətinin polkovniki Sergey Trotsko Azərbaycan-Rusiya sərhədində yaranan uzun növbənin səbəbini şərh edərkən deyib.

Rəisin sözlərinə görə, hazırda buraxılış qabiliyyəti layihə göstəricilərini iki dəfə üstələyir.

“Yəni layihə və faktiki buraxma qabiliyyəti var. Biz faktiki olaraq layihənin icazə verdiyindən iki dəfə artıq insanı sərhəddən keçiririk. Hər gün 300 yük maşını keçir buradan. Bu göstəricini artırmaq üçün işlər görülür. İndi buraxılış məntəqəsinin rekonstruksiyası aparılır – bu, birinci mərhələdir. Sonra ikinci mərhələ başlayacaq, onu da 2022-ci ilin ortalarınadək yekunlaşdırmağı planlaşdırırıq”, - Trotsko qeyd edib.

Bundan başqa, yerdəyişmənin başqa variantları da təqdim edilir: bunlar sırasında gömrük-keçid məntəqəsinin yükünü tamamilə aradan qaldıracaq dəniz və dəmir yollarından istifadə var.

“Alternativ nəqliyyat növləri var və onlardan istifadə etmək lazımdır, xüsusilə də dəmir yolundan, məsələn, bir dəmiryolu qatarı – 150 tır (yük maşını) deməkdir. Əgər dəmiryolu ilə vaqonlar göndərilsə, on gün ərzində Yaraq-Qazmalarda və yaxınlıqdakı buraxılış məntəqəsində bir maşın da qalmaz. Dəmir yolu da açıqdır. Sual daşıyıcılaradır ki, göndərən də, daşıyıcılar da, alıcılar da alternativ kimi bu nəqliyyat vasitəsindıən istifadə etsinlər”, - o deyib.

Trotskonun sözlərinə görə, Dağıstan gömrüyünün gün ərzində bir neçə dəmiryol qatarını buraxmaq üçün gücü, imkanı və vasitələri var. Hətta gündə bir qatar Yaraq Qazmalardakı gərginliyi azalda bilər.

“Əlavə Xanoba gömrük-keçid məntəqəsinin açılacağı barədə söhbət gedir. Sizin tərəfdə onun tam rekonstruksiyası aparılır. O, Yaraq Qazmalardakı yükü müəyyən qədər azaldacaq.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər onun satışında problem yaşayırlar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Rosselxoznadzor-un qadağaları

Qeyd edək ki, 2020-ci il dekabr ayının 10-dan etibarən Rosselxoznadzor Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyub. Buna səbəb idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlərin aşkar edilməsi olub. 

Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və iş adamlarının Rosselxoznadzor-la çoxsaylı təmasları sayəsində bir sıra müəssisələrdən Rusiyaya pomidor ixracını bərpa edə biliblər. Lakin bu icazə ölkədə istehsal olunan və Rusiya bazarlarını hədəfə alan pomidorla bağlı problemləri kökündən həll etmək üçün yetərli olmayıb. 

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Eləcə də oxuyun: 

  • Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

  •  Gömrük Komitəsi "Samur" gömrük postundakı sıxlığın səbəbini açıqladı

  • Azərbaycanlı fermerlərə yol göründü: Rusiya ticarətə icazə verdi

Teqlər:
dəmiryolu, tıxac, pomidor, Rusiya, Azərbaycan, Dağıstan

Əsas mövzular