Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 16 may — Sputnik. Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, cari ilin aprel ayında əvvəlki aya nisbətən yumurtanın qiyməti 2,1 faiz ucuzlaşıb. Mart ayında da fevral ayına nisbətən yumurtanın qiyməti 0,3 faiz aşağı düşüb.
Qeyd edək ki, bu ilin fevral ayında yanvar ayına nisbətən yumurtanın qiyməti 3,4 faiz, yanvar ayında isə dekabra nisbətən 5,9 faiz bahalaşmışdı.
Xatırladaq ki, 2021-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 104,4 faiz təşkil edib.
Qeyd edək ki, bir müddət əvvəl yumurtanın qiyməti 18-20 qəpik arasında dəyişirdi.