11:02 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
İQTİSADİYYAT
Qısa URL
18 0 0

ABŞ-ın neft ehtiyatlarındakı artım və Beynəlxalq Enerji Agentliyinin bazarda əlavə ehtiyatlarının olduğunu açıqlaması neft qiymətlərindəki artımı dayandırıb.

BAKI, 19 mart — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,42 dollar ucuzlaşaraq 65,17 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 63,11 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 59,88 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatlarındakı artım və Beynəlxalq Enerji Agentliyinin bazarda əlavə ehtiyatlarının olduğunu açıqlaması neft qiymətlərindəki artımı dayandırıb. OPEC-in bu ayın əvvəlində istehsal məhdudiyyətlərini uzatmaq barədə qərar verməsinə baxmayaraq, bu həftə neft qiymətləri ucuzlaşıb. OPEC-in aprelin 1-də keçiriləcək növbəti iclasında neft hasilatına dair məhdudiyyətlərin müzakirə olunması gözlənilir.

Teqlər:
"AzeriLight" markalı neft, "Brent" markalı neft, Brent markalı neft, Brent

Əsas mövzular