11:46 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
İQTİSADİYYAT
Qısa URL
6 0 0

Proqnozların yaxşılaşdırılması bazarda tələbatın gözləniləndən daha güclü bərpasını və "OPEC+"ın yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.

BAKI, 18 mart — Sputnik. "Fitch Ratings" beynəlxalq agentliyi "Brent" və "WTI" markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, proqnozların yaxşılaşdırılması bazarda tələbatın gözləniləndən daha güclü bərpasını və "OPEC+"ın yeni dəstəkləyici hasilat siyasətini əks etdirir.

2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib. Bu, neftə tələbatın gözləniləndən daha güclü olması, 2020-ci ilin ikinci yarısında baş verən iqtisadi bərpa, pandemiya ilə bağlı son məhdudiyyətlərin kifayət qədər kiçik təsiri və OPEC+"ın yeni dəstəkləyici hasilat siyasəti ilə əlaqədardır. Təsiredici amillərə həm də Səudiyyə Ərəbistanının könüllü şəkildə hasilatın azalması da daxildir. 2022-ci il üçün isə proqnoz 50 dollardan 53 dollaradək artırılıb.

WTI markalı neftin qiyməti üzrə gözləntilərə gəldikdə, "Fitch" 2021-ci il üzrə proqnozunu 42 dollardan 55 dollaradək, 2022-ci il üzrə isə 47 dollardan 50 dollaradək yüksəldib.

Əsas mövzular