Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidПродажа фундука
Продажа фундука - Sputnik Azərbaycan, 1920, 06.03.2021
Abunə olmaq
Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq.

BAKI, 6 mart — Sputnik. Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır. Belə müəssisələrdən biri də "Agrarco" MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir. Hazırda müəssisədə son tamamlama işləri aparılır. Bu barədə İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 34,3 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbər lenti
0