16:33 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
24 0 0

Bu veb-seminarın məqsədi İsrailin təcrübəsini bölüşmək və müxtəlif əkinlər üçün qabaqcıl suvarma sistemlərinin tətbiqi zamanı və kənd təsərrüfatı sektorunun inkişafı üçün nəzərə alınması lazım olan əsas məqamları iştirakçılar ilə müzakirə etməkdir.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. İsrail mütəxəssisləri təcrübələrini Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla bölüşəcək.

Bu barədə Sputnik Azərbaycan-a İsrail səfirliyindən daxil olan məlumatda bildirilir.

"MASHAV sizi "Təzyiqli suvarma sistemləri" mövzusunda 5 həftəlik onlayn görüşə dəvət edir (25.02-25.03.2021). Bu veb-seminarın məqsədi İsrailin təcrübəsini bölüşmək və müxtəlif əkinlər üçün qabaqcıl suvarma sistemlərinin tətbiqi zamanı və kənd təsərrüfatı sektorunun inkişafı üçün nəzərə alınması lazım olan əsas məqamları iştirakçılar ilə müzakirə etməkdir. Bütün potensial namizədlər 29.01.2021 tarixinə qədər müraciətləri səfirliyə göndərməlidirlər. Seminarlar rus dilində keçiriləcək", - deyə məlumatda bildirilir.

Teqlər:
təcrübə, onlayn, İsrail, mütəxəssis, azərbaycanlı fermer, fermer, aqrar, iqtisadiyyat

Əsas mövzular