04:53 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İQTİSADİYYAT
Qısa URL
20 0 0

Belə ki, Bakı vaxtı ilə saat 06:27-yə olan məlumata görə Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0.92% artaraq 1 barrelə görə 54,02 dollara çatıb.

BAKI, 6 yanvar — Sputnik. "Brent" markalı neftin qiyməti ötən ilin fevralın 26-dan bəri ilk dəfə olaraq 54 dollar/barreli ötüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Belə ki, Bakı vaxtı ilə saat 06:27-yə olan məlumata görə Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0.92% artaraq 1 barrelə görə 54,02 dollara çatıb.

Bundan bir neçə dəqiqə öncə isə WTI neftinin bir barrelinin qiyməti 50,12 dollara çatıb.

Bu arada Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,02 ABŞ dolları və yaxud 3,97 % artıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 52,94 ABŞ dolları təşkil edib.

Teqlər:
AzeriLight, "Brent" markalı neft, Brent, Azneft, neft

Əsas mövzular