08:06 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (68)
6 0 0

Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 23 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 51,09 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,69 dollar geriləyərək 49,39 dollar, “Light” markalı neftin qiyməti isə 0,65 dollar ucuzlaşaraq 46,37 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (68)
Teqlər:
"Brent" markalı neft, "AzeriLight" markalı neft, qiymət artımı, qiymət, neft

Əsas mövzular