15:47 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
İQTİSADİYYAT
Qısa URL
19210

"İstehsalçılar ölkə daxilində bölgələrə ayrılacaq və beləliklə də vicdanlı istehsalçılar vicdansızların qurbanına çevrilməyəcək"

BAKI, 11 dekabr — Sputnik. Bakı Moskvaya pomidor tədarükü ilə bağlı problemin həlli üçün konkret sxem təklif edəcək. Bu təklif, əsasən, istehsalçıların ölkə daxilində bölgələrə ayrılmasından ibarətdir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə vəziyyətlə yaxından tanış olan mənbə bildirib. O da qeyd olunub ki, danışıqların müsbət nəticələnəcəyinə ümid var, çünki müzakirə üçün kifayət qədər vaxt mövcuddur – pomidor tədarükünün pik dövrü mart-iyul aylarına düşür.

"Danışıqlar hər iki ölkənin müvafiq strukturları – Dövlət Qida Agentliyi və "Rosselxoznadzor" – arasında aparılır. Bakı problemin həlli üçün konkret sxem təklif edir. Həmin sxemə əsasən, vicdanlı istehsalçılar vicdansızların qurbanına çevrilməyəcəklər", – deyə mənbə qeyd edib.

"Əsasən istehsalçıların ölkə daxilində bölgələrə ayrılmasından söhbət gedir. Azərbaycan coğrafi cəhətdən çoxiqlimli ölkədir, 9 iqlim qurşağında yerləşir və demək olar ki, ölkənin hər yerində pomidor yetişdirilir və tədarük olunur", – deyə mənbə əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyulduğunu açıqlayıb. İdarədən bildiriblər ki, buna səbəb idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasıdır.

Qurumun rəhbəri Sergey Dankvert bu günlərdə bəyan edib ki, "Rosselxoznadzor" Azərbaycanla Rusiyaya bitkiçilik məhsullarının göndərilməsi ilə bağlı danışıqlar aparır.

Teqlər:
təklif, ixrac, Rusiya, Azərbaycan, tomat, pomidor

Əsas mövzular