17:24 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İQTİSADİYYAT
Qısa URL
1510

Analitik Din Drey hesab edir ki, iqlim dəyişikliyi, quraqlıq və insanların sayının artması sonrakı illərdə su çatışmazlığı problemi yaradaraq onun qiymətini ən çox müzakirə olunan mövzuya çevirə bilər.

BAKI, 8 dekabr — Sputnik. Uoll-Stritdə yerləşən (Nyu-York) fond birjasında ilk dəfə olaraq su satışına başlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, su ilə bağlı fyuçerslərin alqı-satqı planları barədə hələ sentyabrda söhbətlər dolaşırmış. Həmin vaxt ABŞ-ın qərb sahilinin iqtisadiyyatı meşə yanğınları və istidən xeyli ziyan görmüşdü. Bu müqavilələrin nəhəng su istehlakçılarının, ilk növbədə fermerlərin müdafiəsinə yönəldiləcəyi deyilir.

"Bloomberg" yazır ki, fyuçerslər 2018-ci ildən fəaliyyətə başlamış Nasdaq Veles California Water Index indeksinə bağlanıb. O, suyun orta qiymətini müəyyən edir.

"RBC Capital Markets"in icraçı direktoru və analitiki Din Drey hesab edir ki, iqlim dəyişikliyi, quraqlıq və insanların sayının artması sonrakı illərdə su çatışmazlığı problemi yaradaraq onun qiymətini ən çox müzakirə olunan mövzuya çevirə bilər.

CME-nin aksiyaların indeksasiyası və alternativ investisiya məhsulları bölməsinin başçısı Tim MakKort xatırladıb ki, hazırda 2 milyard insan su problemi yaşayan ölkələrin vətəndaşıdır, dörd il sonra isə dünyanın, demək olar ki, üçdə ikisi su qıtlığından əziyyət çəkə bilər.

Əsas mövzular