00:18 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
19 0 0

Vüqar Hüseynov: "İstehsal olunan məhsulun 68,6 faizi Rusiya, 25,2 faizi Ukrayna, 5,4 faizi Gürcüstana ixrac edilib"

BAKI, 19 sentyabr — Sputnik. 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan 2,04 milyon dollar məbləğində bostan bitkisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, səkkiz ay ərzində bostan bitkilərinin ixracı 4,3 min ton təşkil edib: "İstehsal olunan məhsulun 68,6 faizi Rusiya, 25,2 faizi Ukrayna, 5,4 faizi Gürcüstana ixrac edilib".

O bildirib ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 363,2 min ton bostan bitkisi istehsal edilib və bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur:

"Bu ilin ilk beş ayı ərzində Azərbaycanda 19,25 min hektar ərazidə bostan bitkisi əkilib".

Əsas mövzular