13:45 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
32 0 0

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon ABŞ dolları və ya 8,6 faiz azalıb

BAKI, 31 avqust — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin avqust sayı təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanın ixracı 9,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon ABŞ dolları və ya 8,6 faiz azalıb.

Bu ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7 faiz, İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.

2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,5 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (70,6 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 7 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 51,3 milyon, kimya sənayesi məhsullarının ixracı 46,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 27,4 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,3 milyon, şəkər ixracı 9,3 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon ABŞ dolları təşkil edib.

Əsas mövzular