04:23 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
147742

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi niyə özünü Gürcüstan Qida Təhlükəsizliyi Agentliyi kimi aparsın axı...

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Azərbaycanda istehsal olunan balın xaricə ixracına mane olan amil açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi balın tərkibini xarici ölkələrin tələblərinə cavab verəcək səviyyədə analiz edə bilmir:

“Bizim öz balımızı xaricə ixrac etməyimiz üçün müəyyən analizlər tələb olunur. Xarici ölkələr bizdən bir sıra göstəricilər üzrə analizlər tələb edirlər. O analizləri isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyası apara bilmir. Məsələn, balda elektrik keçiriciliyinin səviyyəsini və ya vahid həcmdə olan kütlə payının laborator nəticəsi tələb olunur. Birləşmiş Ərəb Əmirlikləri bunu bizdən tələb edib. Eləcə də xarici ölkələr şəkərin tərkibindəki qlükoza ilə früktozanın ayrı-ayrılıqda miqdarını tələb edir. AQTA isə qlükoza və fruktozaları ayrı-ayrılılqda verə bilmir. Bu çətinliklərə görə biz balı analiz üçün xarici ölkələrə göndəririk. Məcburuq bu analizləri gedib Gürcüstanda verək. Bu isə çox baha başa gəlir. Bu da bizə balın ixracında problem yaradır”.

B.Həsrətov deyir ki, xarici ölkələrdən bizim balı bəyənənlər var: “Bəzən deyirlər dağ balı ən yaxşı baldı. Azərbaycana Yaponiyadan mütəxəssislər gəlmişdi. Onlar hər yeri gəzib axırda gedib Kürdəmirdən bal aldılar. Səbəb də o idi ki, orada arılar biyandan qidalanmışdılar. Əvvəllər Yaponiyaya ildə 6-8 ton bal ixrac edirdik. Qeyd etdiyim analizləri apara bilmədiyimizə görə artıq Yaponiyaya bal ixrac edə bilmədik".

Əsas mövzular