13:54 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
263820

Dünyada pandemiya və sərhədlərin bağlanmasına görə yaranmış vəziyyətə görə onlayn ticarət sürətlə artır və azərbaycanlılar getdikcə Türkiyədən daha çox məhsul sifariş edirlər.

BAKI, 17 avqust — Sputnik, Fuad Əlizadə. Türk lirəsinin ucuzlaşması Azərbaycana iqtisadi baxımdan çox, social aspektdə çox müsbət təsir edir. Sputnik Azərbaycanın məlumatına görə, iqtisadçı Samir Əliyev bu fikirdədir.

“Lirə ucuzlaşmaqda davam edir. 2020-ci ildə türk valyutasının məzənnəsi 1 dollara görə 5,95 lirədən 7,3-dək düşüb. Bunun səbəbini ölkənin tədiyyə balansına baxanda görmək olar: xarici ticarətdə idxal ixracı üstələyir, ölkəyə edilən sərmayələr dayandırılıb.

Türkiyədə cari hesabların balans defisiti 2020-ci ilin yanvar-may aylarında 3,8 milyard dollar təşkil edib. Bir il əvvəl analoji dövrdəki defisit 1 milyard dollar olmuşdu.

Eyni zamanda Türkiyə Azərbaycana aparıcı məhsul idxal edən ölkələrdən biridir. Müxtəlif illərdə bu siyahıda Rusiya ilə birinci-ikinci yerləri bölüşür. Lirənin ucuzlaşmasının sayəsində Türkiyədə istehsal olunan məhsullar dollarla hesablandıqda ucuz düşür.

Dünyada pandemiya və sərhədlərin bağlanmasına görə yaranmış vəziyyətə görə onlayn ticarət sürətlə artır və azərbaycanlılar getdikcə Türkiyədən daha çox məhsul sifariş edirlər. Bu təəccüblü deyil, çünki məzənnə amilinə görə bu ölkədən alış-veriş azərbaycanlılar üçün Avropadan nəsə almaqdan xeyli sərfəli olub.

"Avronun dollara qarşı möhkəmlənməsini nəzərə alsaq, bu o deməkdir ki, Aİ ölkələrinin valyutası manata qarşı da möhkəmlənir. İndi Avropadan nəsə almaq o qədər də əlverişli deyil", - Əliyev vurğulayıb.

Onun sözlərinə əsasən, türk lirəsinin məzənnəsinin düşməsi Azərbaycandakı türk brend dükanlarının biznesinə mənfi təsir göstərir, çünki analoji məhsulları Türkiyədən almaq daha ucuzdur və onların onlayn alınması bəzən ölkəmizdə onları almaqdan dəfələrlə ucuz başa gəlir.

Eyni zamanda Azərbaycanın Türkiyəyə ixracı əsasən karbohidrat xammaldan ibarətdir. Onun hesablaşması isə dollarla aparılır, yəni, bu kontekstdə türk lirəsinin zəifləməsi Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərmir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycana 868,4 milyon dollar dəyərində Türkiyə məhsulu idxal edilib. Azərbaycana idxal olunan məhsullar arasında Türkiyə idxalının payı 14,7%-dir.

Azərbaycan Mərkəzi Bankının məlumarına görə, 2020-ci il avqustun 17-də məzənnə belədir: 1 dollar – 1,7 manat; 1 avro – 2,0156 manat; 1 türk lirəsi – 0,2307 manat.

2019-cu il dekabrın 30-da AMB-nin rəsmi kursu belə olub: 1 dollar – 1,7 manat; 1 avro – 1,9035 manat; 1 türk lirəsi – 0,2825 manat.

Əlaqədar

Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
Qulağımızın dibindən keçib: İdxal olunan südün qiyməti yüksəlib, hiss etməmişik
Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb
Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır
Teqlər:
dollar, avro, Dövlət Gömrük Komitəsi, idxal, Rusiya, Azərbaycan Mərkəzi Bankı, AMB, Avropa, Məzənnə, Azərbaycan, Türkiyə, türk lirəsi, manat

Əsas mövzular