21:27 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
51921

"Ötən il rayonumuza gələn turistlərin və qonaqların sayı çox olduğundan həm evlərin kirayə qiymətləri baha idi, həm də ev kirayə götürənlərin sayı çox idi"

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Lənkəranda son günlər daşınmaz əmlak bazarında vəziyyət heç də ürəkaçan deyil. Hal-hazırda Lənkəranda evlərin, torpaqların və mənzillərin satışında durğunluq yaranıb. Daşınmaz əmlak alqı-satqısı üzrə mütəxəssis Mirbaba İbadlının Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, qiymətlərdə müəyyən qədər endirimlər olsa belə, alıcı qüvvəsi zəifdir.             

“Biznes obyektlərinə, ümumiyyətlə, yatırım xarakterli obyektlərə maraq tamamilə sönüb. Səbəb də onu gətirmək olar ki, müştərilər növbəti aylarda vəziyyətin necə olacağını təxmin edə bilmirlər. Yəni aldıqları obyeklərin qiymətlərinin ucuz və ya baha olacağını bilmirlər. Buna görə də hələ ki, satış çox aşağı səviyyədədir. Evlərin qiyməti də düşüb. Belə ki, şəhərin mərkəzində orta təmirli ikiotaqlı mənzilin qiyməti ötən il 50-55 min manat civarında dəyişirdisə, bu gün 45-50 min manata satılır. Buna baxmayaraq alıcı qüvvəsi çox zəifdir.

© Sputnik / Rahim Murad
Lənkəranda son vəziyyət

Şəhər mərkəzindəki həyət evlərinin qiymətlərində elə də böyük endirimlər olmayıb. Bildiyimiz kimi, şəhər ərazisində həyət evlərinin qiyməti əsasən torpaq sahəsinin ölçüsünə görə müəyyən edilir. Çünki şəhərdə evə deyil, torpaq sahəsinin şəhərin hansı hissəsində olduğuna xüsusi diqqət yetirilir.

Ötən il şəhərin mərkəzində torpağın qiyməti bir sotu 5-6 min manat arası dəyişirdisə, indi 4500-5000 manatdır. Yəni elə də böyük fərq yoxdur. Şəhərin kənar hissələrində və kəndlərdə isə evlərin qiymətləri çox aşağı düşüb. Şəhərə yaxın kəndlərdə yeni tikilən evlər əvvəllər 35-40 min manata satılırdı, indi isə 25-30 min manatadır. Yenə də qeyd edim ki, istər şəhər, istərsə də kəndlərdə satış, demək olar, dayanıb”.

Mənzillərin və evlərin kirayə verilməsində də bu mövsüm ötən illərə nisbətən vəziyyət tam fərqlidir. "Ötən il rayonumuzda turistlərin və qonaqların sayı çox olduğundan həm evlərin kirayə qiymətləri baha idi, həm də müştərilərin sayı çox idi. Bu il həm kirayə qiymətləri xeyli düşüb, həm də müraciət edən, demək olar, yoxdur. Söhbət gündəlik kirayə verilən həyət evlərindən, xüsusən də dənizə yaxın villalardan gedir. Əvvəllər dənizə yaxın ərazilərdə tam təmirli villanı günü 100-150 manata kirayə götürmək olurdu, bu gün qiymət 70-80 manatadək enib.

© Sputnik / Rahim Murad
Daşınmaz əmlak alqı-satqısı üzrə mütəxəssis Mirbaba İbadlı

Ötən il artıq may ayından başlayaraq sentyabr ayınadək, demək olar, bütün evlər tutulmuşdu. Bu il müraciətlər az da olsa, var idi, lakin rayonda son günlər tətbiq edilən xüsusi karantin rejimindən sonra bütün sifarişlər dayandırıldı. Çünki şəhərin giriş-çıxışı bağlı olduğu üçün heç bir turist və qonaq gəlmir.

Lakin mənzil kirayələrinin qiymətində elə də düşmə olmayıb. Həmçinin mənzillərin kirayəsində tələbat da olduğu kimi qalmaqdadır. Belə ki, Lənkəranda yeni tikilən binalarda kirayə mənzillər yoxdur. Təqdim olunan mənzillər isə əvvəllər də kirayə verilən mənzillərdir. Yəni Lənkəranda mənzil kirayəsində vəziyyət stabildir".

  • Lənkəranda son vəziyyət
    © Sputnik / Rahim Murad
  • Lənkəranda son vəziyyət
    © Sputnik / Rahim Murad
  • Lənkəranda son vəziyyət
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
Lənkəranda son vəziyyət

M.İbadlı mart ayından ölkə ərazisində karantin rejimi tətbiq edilsə də, Lənkəranda kirayə qalan tələbələrin bu ilin mayına qədər tutduqları evlərin kirayə haqqını göndərdiklərini bildirdi: “Respublikada tədrisin nə vaxt başlayacağı məlum olmadığından Lənkəranda kirayə qalan və başqa rayon və şəhərlərdən olan tələbələrin təxminən 80%-i qaldıqları evləri tərk edərək sahiblərinə qaytarıb".

Əlaqədar

Pandemiyanın "faydaları" - Evləri daha ucuz ala biləcəyik
Nə ev alırlar, nə də avtomobil satılır – İnsanlar əlində pul nəyisə gözləyir
İndiki dövrün təsirini bir neçə ay sonra hiss edəcəyik: Bu gün isə anlaşılmaz qiymət var
İcazə var, resurs yox: onlar iflasın kandarındadırlar
Azərbaycanlılar karantində otura-otura Türkiyədə özlərinə mülklər alıblar

Əsas mövzular