18:20 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
130711

"Bundan sonrakı proqnozlarımızı iyunda açıqlayacağıq və çox təəssüflər olsun ki, bu proqnozlar daha pis olacaq" - Kristalina Georgiyeva

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. İkinci Dünya Müharibəsindən bəri heç bir böhran COVID-19-un yaratdığı həddə çatmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu (BFV) rəhbəri Kristalina Georgiyeva "GLOBSEC" tərəfindən keçirilən "Yeni növ koronavirusdan sonrakı dövrdə maliyyə sabitliyinin və iqtisadiyyatın bərpasında BVF-in rolu" konfransında çıxışı zamanı bildirib.

Georgiyeva Avropa ölkələrinin də aralarında olduğu 170 ölkənin iqtisadiyyatında bu il üçün adambaşına düşən milli gəlir göstəricisinin daha aşağı olacağını bildirib.

BVF rəhbəri vurğulayıb ki, iqtisadiyyatın ani şəkildə dayanması ilə bağlı Mərkəzi Banklar dərhal addımlar atıb, nəticədə isə maliyyə likvidliyinin və maliyyə tədbirlərinin həcmi 10 trilyon dollar təşkil edib.

Georgiyeva, həmçinin dünya iqtisadiyyatının həcminin ümumilikdə 3% azalacağını proqnozlaşdırdıqlarını bildirib: "Bundan sonrakı proqnozlarımızı iyunda açıqlayacağıq və çox təəssüflər olsun ki, bu proqnozlar daha pis olacaq. Ölkələrin əksəriyyətinə dair verdiyimiz proqnozları daha da aşağı salacağıq. Çox az sayda ölkə üçün proqnozları yüksəldəcəyik".

Xatırladaq ki, BFV bu ilin aprel ayında Dünyanın İqtisadi Durumuna dair yayımladığı hesabatda qlobal iqtisadi böyümə proqnozlarını 3,3%-dən -3% qədər aşağı salmış, gələn il üçün isə qlobal iqtisadi böyümə proqnozunu 3,4%-dən 5,8%-qədər artırmışdı.

Qeyd edək ki, BVF Dünyanın İqtisadi Durumuna dair yeni hesabatını iyunun 24-ü açıqlayacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu keçib, 436 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əlaqədar

Ölkə iqtisadiyyatı çöküb, Baş Nazir isə heyrət içindədir
Növbədədirlər: İki banka əmanətlər üzrə kompensasiyanın verilməsinə başlanacaq
Problemli kreditlər ümumi kredit portfelinin neçə faizini təşkil edib?
Pullarımız nəyə gedib – Statistika açıqlandı
Millət vəkili pandemiyanın iqtisadi təsirlərini açıqlayıb

Əsas mövzular