03:44 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
20810

"Keçən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib"

BAKI, 2 iyun — Sputnik. "Keçən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib. Bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir. Gediş haqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, "Azəristiliktəchizat" ASC üçün də müəyyən edilən tariflər real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: "Ötən il də bu quruma müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də "Azəristiliktəchizat" ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil".

Əsas mövzular