16:40 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
34 0 0

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

 

BAKI, 31 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.

Qeyd edək ki, Saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb.

Əlaqədar

Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
İndiki dövrün təsirini bir neçə ay sonra hiss edəcəyik: Bu gün isə anlaşılmaz qiymət var
Milli Məclisin yaz sessiyasında sonuncu iclası başlayıb

Əsas mövzular