07:47 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
39 0 0

Biznesmen qeyd edib ki, Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ın şist neft sənayesini məhv etmək üçün qiymət müharibəsinə başlayıb.

BAKI, 6 may — Sputnik. Misirli milyarder, "Orascom Telecom Holding"-in qurucusu Naguib Saviris, neft qiymətlərinin il yarımdan sonra 50-60 dollara və 100 dollara qalxacağına söz verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, biznesmen qeyd edib ki, Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ın şist neft sənayesini məhv etmək üçün qiymət müharibəsinə başlayıb. Onun fikrincə, bu sənayeyə vurulan zərbə son nəticədə neftin qiymətinin sürətlə artmasına səbəb olmalıdır.

Saviris vurğulayıb ki, mart ayında OPEC+ sazişi uğurlu olsaydı belə, istehlakın azalması səbəbindən qiymətlər enəcəkdi.

Bundan əlavə, milyarder hava yolları sənayesində, turizm, mehmanxana sənayesində və internet xidmətləri sahələrində də bir çox imkanlar olduğunu hesab edir. Onun sözlərinə görə, borcun əsas hissəsini üzərinizə götürməyə hazırsınızsa, bu gün bir dollara aviaşirkət ala bilərsiniz.

Xatırladaq ki, mayın 1-də neft hasilatını gündə 9,7 milyon barrel azaltmaq üçün OPEC+ sazişi qüvvəyə minib. Maksimum öhdəlikləri Rusiya və Səudiyyə Ərəbistanı öz üzərinə götürmüşdü. Digər böyük neft ölkələrinin edəcəyi azalma barəsində hələ məlumat yoxdur.

Əsas mövzular