Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BVF-dən bütün dünyaya məyusedici xəbərdarlıq – Hamımız ziyana düşəcəyik

© AFP 2024 / KAREN BLEIERЗдание Международного валютного фонда, архивное фото
Здание Международного валютного фонда, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il dünya iqtisadiyyatı Böyük Böhrandan bəri ən pis durğunluq dövrünü yaşayacaq və bu böhran on il əvvəl baş verən maliyyə böhranından daha təsirli olacaq

BAKI, 16 aprel - Sputnik. Beynəlxalq Valyuta Fondu (BVF) yeni növ koronavirusla əlaqədar yaşanan iqtisadi durğunluğa görə bu il üçün nəzərdə tutduğu iqtisadi proqnozlarında dəyişiklik edib. Sputnik Türkiyə xəbər verir ki, BVF baş iqtisadçısı Gita Gopinathın iqtisadi durumla bağlı hazırladığı hesabatda bildirilir.

“Bu il dünya iqtisadiyyatı Böyük Böhrandan bəri ən pis durğunluq dövrünü yaşayacaq və bu böhran on il əvvəl baş verən maliyyə böhranından daha təsirli olacaq”, - deyə hesabatda qeyd olunur.

Gopinath “CNBC”-yə açıqlamasında isə qeyd edib ki, mövcud böhran sadəcə iqtisadiyyatla bağlı yürüdülən siyasətlə bağlı deyil: “Bu böhran fərqli olduğundan, onun şərtləri də nə zaman bitəcəyi bəlli olmayan pandemiya tərəfindən müəyyənləşdirilir”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, 114 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0